40 yaşlı Metyu Valbuena yenidən "Olimpiakos"a qayıdıb.
Offsideplus.az xəbər verir ki, fransalı futbolçu Yunanıstan klubunun B komandasında çıxış edəcək. O, burada gənc oyunçulara kömək edəcək.
"Olimpiakos" akademiya ilə əsas komanda arasında daha yaxşı körpü olmağını istəyir.
Valbuena daha öncə 2019-23-cü illər arasında Pirey təmsilçisinin əsas komandasında çıxış edib.
O, buradan başqa "Marsel", "Lion", "Dinamo" (Moskva) və "Fənərbağça" klublarının da formasını geyinib.