RU

“ORDUMUZ SİZİN QAFQAZDAKI BİRLƏŞMƏLƏRİNİZDƏN QAT QAT GÜCLÜDÜR!” Musabəyovdan Qurulevə sərt cavab

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulevin Azərbaycanın ünvana səsləndirdiyi ittihamlara və hədələrə kəskin cavab verib.

Xatırladaq ki, rusiyalı deputat Rusiya hökumətini Azərbaycanla ticarət əlaqələrini dayandırmağa çağırıb, habelə Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat”ın keçirilməsindən dəm vurub.

R. Musabəyov qeyd edir ki, Qurulev və bir çox digər rusiyalı hərbçilər hələ də düşünürlər ki, “baş sadəcə furaşka taxmaq üçündür”.

Musabəyovun sözlərinə görə, Qurulev və digər rəsmilər Azərbaycanla Rusiya arasındakı sərhədin coğrafi reallıqlarını başa düşmürlər: “Xahiş edirəm, xəritəni açın və baxın. Sizə hərbi akademiyalarda öyrədilənlər hara gedib? Azərbaycan ilə Rusiya sərhədi böyük Qafqaz dağları ilə ayrılır. Siz necə düşünürsünüz ki, bu dağları aşaraq Azərbaycana qarşı xüsusi əməliyyat keçirəcəksiniz? Və ya Azərbaycan sahillərində desant əməliyyatı təşkil edəcəksiniz? Bu, mümkün deyil, bunu etməyə cəhd edənlərin qırıntıları belə qalmaz!”

Deputat əlavə edir ki, Azərbaycan Ordusu hazırda texniki baxımdan və heyət tərkibi baxımından Rusiya Silahlı Qüvvələrinin Qafqaz bölgəsindəki birləşmələrindən qat-qat üstündür: “Azərbaycan ordusu həbsxanalardan toplanan qüvvələrdən ibarət deyil. Rusiyanın Qafqazda birləşdirdiyi ordudan dəfələrlə güclüdür. Rusiya bununla Azərbaycanı qorxutmağa çalışır, amma bu boş işdir.”

Rasim Musabəyov onu da bildirib ki, əgər Rusiyanın Ukrayna ərazisində SOСAR-ın obyektlərinə qarşı hücumları davam edərsə, Azərbaycan Kiyevə özünün MiQ-29 qırıcılarını və keçmiş sovet hərbi texnikasını göndərmək imkanına malikdir.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
3
azpolitika.info

4Источники