RU

İyul ayında Türkiyədən Azərbaycana sement ixracı 2 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyul ayında Azərbaycana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,7 faiz azalaraq, 2 milyon 931 min 45 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Azərbaycana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz azalaraq, 24 milyon 907 min 40 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 2 milyard 609 milyon 212 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 429 milyon 891 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 12,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 4 milyard 396 milyon 728 min dollar məbləğində sement ixrac edib.

Избранный
78
8
turkic.world

10Источники