Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (367 milyon manat) çox olmaqla 4 milyard 142 milyon manat vəsait yönəldilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8.1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14.3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb. Pepperoni pizza
Bu ilin yanvar-iyul aylarında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 165 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Telegram kanalımız