RU

"Bayer 04" Niderland klubunun futbolçusunu transfer edib

Almaniyanın "Bayer 04" klubu yeni futbolçu transferini açıqlayıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi məlumat yayıb.

Niderlandın AZ (Alkmar) komandasından Ernest Poku heyətə cəlb olunub. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Niderlandın aşağı yaş qruplarından ibarət millilərində çıxış etmiş oyunçu ötən mövsüm AZ forması ilə 42 matçda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

​​​​​​"Cebheinfo.az"

Избранный
84
2
cebheinfo.az

3Источники