RU

“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı

Bakı. Trend:

Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “SıfırTullantı” Həmrəylik Marafonu bu dəfə Lənkəranda baş tutub. Layihə12 avqust – Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Gününə həsredilib.

Aksiya çərçivəsində Xəzər dənizinin sahil zolağındagenişmiqyaslı təmizlik işləri aparılıb və ümumilikdə 768 kiloqramməişət tullantısı toplanılaraq aidiyyatı üzrə təhvil verilib.Aksiyaya Kapital Bank-ın Lənkəran-Astara iqtisadi rayonunu əhatəedən filiallarının əməkdaşları, Ekologiya və Təbii SərvətlərNazirliyinin nümayəndələri və könüllülər qoşulub.

Marafonun əsas məqsədi cəmiyyətdə ətraf mühitin qorunmasınınvacibliyini təbliğ etmək, həmçinin sahilyanı bölgələrin ekolojivəziyyətinə diqqət çəkməkdir.

Tədbir zamanı açılış nitqi ilə çıxış edən Qırmızı ÜrəklərFondunun prezidenti Yusif Poladov bildirib ki Xəzər dənizixalqımızın ən dəyərli təbii sərvətlərindən biridir və onunqorunması hər birimizin mənəvi borcudur. “Sıfır Tullantı HəmrəylikMarafonu yalnız təmizlik aksiyası olmaqla məhdudlaşmır. Bu layihəcəmiyyətdə ekoloji məsuliyyət və təbiətə qayğı mədəniyyətininformalaşmasına xidmət edən genişmiqyaslı ictimai hərəkatdır.Məqsədimiz təbiətə sahib çıxmaq və gələcək nəsillərə daha sağlamekoloji mühit bəxş etməkdir”.

Ətraflı məlumat: https://shorturl.at/9K9p2

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildəKapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraqfəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fondölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil,təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacibmövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın aliməqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafındabirləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflıtanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçünhttps://redhearts.az saytınadaxil ola bilərsiniz.

Məqalədə:
Избранный
54
29
az.trend.az

10Источники