RU

Yasamalda qəfil sola manevr edən avtobus sürücüsü qəza riski yaratdı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 11-də saat 18:45 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 90-JU-861 dövlət nömrə nişanlı “Isuzu” markalı avtobusun sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olduğu zolaqdan qəfil sola manevr edib və bu vaxt həmin zolaqdakı avtomobilə qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü anında əyləci basaraq qəzanın qarşısını alıb. Ardınca o, siqnal verərək qayda pozan sürücüyə xəbərdarlıq edib.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
42
avtosfer.az

1Источники