PSJ "Bornmut"un ukraynalı müdafiəçisi İllia Zabarnini heyətinə qatıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Paris təmsilçisi 22 yaşlı futbolçu üçün qarşı tərəfə 63 milyon avro ödəyib.
Ukraynalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Zabarni futbol tarixinin ən bahalı 10-cu müdafiəçisi oldu.