RU

Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 7 077 manat olub

AzVision.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 % artıb.

ÜDM istehsalının 35 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 %-i tikinti, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 21,1 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 7 077 manat olub.

AzVision.az

Избранный
76
2
azvision.az

2Источники