Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub.aia.az xəbər verir ki, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur.Faktla bağlı araşdırma aparılır.***09:12Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.aia.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qılıncı kəndində qeydə alınıb.Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun kimliyi dəqiqləşdirilir.Faktla bağlı araşdırma aparılır.aia.az