BAKI, 12 avqust. TELEQRAF
2025-ci ilin I yarısında elmi adların verilməsi və ya verilməsindən imtina edilməsi barədə məlumat açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.
Bildirilib ki, 84 nəfərə dosent elmi adı verilib, 18 nəfərə isə dosent elmi adın verilməsindən imtina edilib.
Qeyd edək ki, 28 nəfərə professor elmi adı verilib, 3 nəfərə isə professor elmi adın verilməsindən imtina edilib.