İraq şiddətli quraqlıq və qonşu ölkələrdən gələn su axınının azalması səbəbindən ciddi su çatışmazlığı ilə üzləşib.
Editor.az xəbər verir ki, bu barədə İraq Kənd Təsərrüfatı Nazirliyinin müşaviri Mehdi Damad deyib.
Öztürk 2019-cu ildə yağan güclü yağışlar səbəbindən su ehtiyatlarının 65 milyard kubmetrə çatdığını, hazırda qonşu ölkələrdən İran və Türkiyədən gələn suyun son dərəcə əhəmiyyətsiz olduğunu, yağıntıların çox az olaraq qaldığını qeyd edib.
“Əyalətlərə içməli su verilməməsi və yeraltı su ehtiyatlarının tükənməsi ciddi təhlükə yaradır”,-deyə qurum rəsmisi bildirib.
Müşavir ölkə üçün su ehtiyatlarının tam həcmini təmin etmək məqsədilə İraqın qonşu ölkələrlə səlahiyyətli danışıqlar qrupu yaratmasının vacibliyini vurğulayıb.
//Gülnarə Abasova, Editor.az