RU

Azərbaycan-Ermənistan futbol matçı reallaşa bilər — DEPUTAT

Ötən həftə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirilən görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində ciddi irəliləyiş əldə olunub. Tərəflər sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair birgə bəyanat qəbul ediblər.

Qeyd edək ki, sülh sazişinə qədər tərəflər etimad quruculuğu tədbirləri görə bilərlər. Bunun üçün müxtəlif qarşılıqlı səfərlərin, birgə yarışların keçirilməsi istisna edilmir.

Ekspertlər deyir ki, məhz bu kontekstdə Azərbaycanla Ermənistan arasında futbol matçının keçirilməsi məsələsi də gündəmə gələ bilər.

Demokrat.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas mövzu ilə bağlı öz münasibətini bildirərkən qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlər tam normallaşdıqdan, sərhədlər açıldıqdan və sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan-Ermənistan arasında futbol matçlarının baş tutması mümkündür.

“Həmin mərhələdən sonra tərəflər bir-birlərində səfirlik də aça bilərlər. Bu qeyri-adi bir hal deyil. Belə proseslər isə yalnız sülh əldə olunduqdan sonra reallaşa bilər”.

Deputat onu da əlavə edib ki, gələcəkdə Azərbaycan Avropada Ermənistan komandası ilə qarşılaşa bilər. Onun sözlərinə görə, ancaq hazırkı şəraitdə bu, mümkün deyil:

Избранный
83
3
demokrat.az

10Источники