Operativ MM saytına istinadən ain.az xəbər verir.
Almaniyanın “Leyptsiq” klubu Türkiyənin “Göztəpə” komandasında çıxış edən braziliyalı hücumçu Romulonu transfer etməyə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" "GazeteFutbol"a istinadən xəbər verir ki, “Leyptsiq” keçən həftə Benjamin Seskonu “Mançester Yunayted”ə bonuslarla birlikdə 85 milyon avroya satdıqdan sonra yeni forvard axtarışına başlayıb.
Klubun Romulo ilə razılaşması an məsələsidir. Transferin dəyərinin təxminən 20 milyon avro olacağı bildirilir. “Göztəpə” artıq braziliyalı oyunçu üçün təklifi qəbul edib.
23 yaşlı futbolçu ötən mövsüm 33 oyunda 17 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Romuloya bundan əvvəl Rusiyanın “Zenit” və “Spartak” klubları da maraq göstərmişdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.