RU

Sabirabadda avtomobil kanala aşdı - Xəsarət alanlar var

Sabirabad rayonunda minik avtomobilinin kanala aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Sabirabad rayonunun Moranlı kəndi ərazisində qeydə alınıb.
 

“Niva” markalı avtomobil idarəetmədən çıxaraq kanala aşıb. Hadisə zamanı İsmayılzadə Ülvü Abuzər oğlu, Mirzəzadə Eyvaz Aslan oğlu və Mirzəzadə Nemət Sərdar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.


Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və təcili təxirə salınmaz tibbi yardım göstərilərək həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Избранный
30
3
bizim.media

4Источники