RU

“Qarabağ” “Şkendiya”nı qəbul edir

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti sınağına çıxacaq.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.

Azərbaycan və Şimali Makedoniya çempionları arasındakı ilk görüş Skopye şəhərində baş tutub. “Todor Proeski” stadionunda keçirilmiş qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasındakı cavab görüşü isə Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qurban Qurbanovun çalışdırdığı kollektiv yeni avrokubok mövsümünə uğurlu startın davamını gətirməyə çalışacaq. Ağdam klubu ÇL-in 2-ci təsnifat mərhələsində də İrlandiyanın “Şelburn” komandasını hər iki oyunda məğlub etmişdi. “Şkendiya” isə böyük sürprizə imza ataraq Rumıniya nəhəngi “Styaua”ya həm evdə, həm də səfərdə qalib gəlmişdi.

Onu da xatırladaq ki, “Qarabağ” “Şkendiya” səddini keçsə, növbəti mərhələdə “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların məğlubu da Avropa Liqasında eyni cütün uduzanı ilə üz-üzə qarşılaşacaqlar.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
12 avqust

“Qarabağ” – “Şkendiya”
Baş hakim: Danni Makkelie
Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Dennis Hiqler
AVAR: Riçard Martens (Hakimlər briqadası Niderlanddandır).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00.

Избранный
53
1
arena.az

10Источники