Çinin Yiçun şəhərində litium mədənlərinin bağlanması bu metalın dünya bazarında qıtlığına səbəb ola bilər.
“İki sahil” xəbər verir ki, bu fikri Çinin "CITIC Securities" investisiya bankının analitikləri deyib.
Onların məlumatlarına görə, bəzi yerli mədənlər hələ də istismar tələblərinə uyğun gəlməmək riski ilə üzləşirlər. Bu müəssisələrin illik istehsal gücü 185 min ton litium xlorid səviyyəsində qiymətləndirilir ki, bu da dünya tədarükünün təxminən 12,5%-ni təşkil edir.
"Onların tam bağlanması qlobal litium çatışmazlığına səbəb ola bilər", bankın analitik materialında qeyd olunur.