ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna münaqişəsinin həllində əsa məqsədi Rusiya lideri Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında görüş təşkil etməkdir.
O, bunu Ağ Evdə təşkil edilən konfransda deyib.
“Yekun məqsəd odur ki, hər ikisi eyni otaqda olsunlar”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə avqustun 15-i ABŞ-ın Alyaska ştatında görüşəcəklər. O digər detalları açıqlamayıb.