RU

Pitt Hegset Alyaska sammitinə qoşula bilər

Pentaqon rəhbəri Alyaskada keçiriləcək Rusiya-ABŞ görüşündə iştirak edə biləcəyini istisna etməyib...

ABŞ müdafiə naziri Pitt Hegset Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın 15 avqustda Alyaskada keçirilməsi planlaşdırılan görüşündə iştirak edə biləcəyini bildirib. 

Poliqon xəbər verir ki, Pentaqon rəhbəri bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

Jurnalistin “Görüşdə iştirak edəcəksinizmi?” sualına cavab verən Hegset, “Görərik, qrafikim necə olacaq. Ola bilər” deyib.

Qeyd edək ki, avqustun 9-da Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmaq məqsədilə Vladimir Putinlə 15 avqustda Alyaskada görüşmək istədiyini açıqlamışdı. Kreml də görüşün tarixi və yerini təsdiqləyib. CBS News-un məlumatına görə, müzakirələrə Ukrayna prezidenti Vladimir Zelenski də qoşula bilər. Bu isə onu göstərir ki, görüş yalnız ikitərəfli deyil, həm də münaqişənin bütün tərəflərinin iştirakı ilə keçirilə biləcək format ala bilər.

Poliqon.info

Избранный
42
50
poliqon.info

10Источники