Rusiyanın Sankt-Peterburq şəhərində əcnəbilərin işə götürülməsi mümkün olmayan iqtisadi fəaliyyət növlərinin siyahısı genişləndirilib.
Hafta.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov müvafiq sərəncam imzalayıb. Bununla da, taksi sektorunda mövcud məhdudiyyətlərə kuryerlik sektoru da əlavə edilib.
Sankt-Peterburqun hökumət orqanları belə bir qərarın qeyri-qanuni məşğulluqla mübarizə, eləcə də kuryer xidmətlərinin təhlükəsizliyini yaxşılaşdırmaq və Rusiya vətəndaşları - ilk növbədə tələbələr və gənclər üçün iş yerlərinin yaradılması məqsədilə qəbul edildiyini bildirirlər. "Biznesin yeni tələblərə uyğunlaşdırılması üçün kadr siyasətinin müvafiq şəkildə tənzimlənməsi məqsədilə üç aylıq keçid dövrü müəyyən edilib", - deyə səlahiyyətli orqanlar qeyd ediblər. /mk.ru/