RU

Çin ABŞ-yə qarşı gömrük tariflərinin tətbiqini təxirə salıb

Çin Amerika məhsullarının idxalına tətbiq edilən 24 fazilik tarifin təxirə salınmasını daha 90 gün müddətinə uzadıb.

Bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

“2025-ci il avqustun 12-dən etibarən 24%-lik tarifin tətbiqi yenidən 90 gün müddətinə təxirə salınacaq, eyni zamanda bu mallardan tutulan 10%-lik rüsum qüvvədə qalacaq”, – nazirliyin saytında dərc olunan məlumatda deyilir.

Çin həmçinin Cenevrədə əldə olunmuş razılaşmalara uyğun olaraq ABŞ-a qarşı qeyri-tarif əks-tədbirlərini dayandırmaq və ya ləğv etmək üçün lazımi tədbirlər görəcək.

MənbəREPORT
Избранный
21
5
banker.az

6Источники