RU

Çanaqqaladakı meşə yanğınında onlarca insan xəstəxanaya yerləşdirilib

Çanaqqaladakı

Türkiyənin Çanaqqala bölgəsinin mərkəz mahalına bağlı Kəpəz qəsəbəsində baş verən meşə yanğınına müdaxilə işləri davam edir.

Xalqcəbhəsi.az “Haber Global”a istinadla bildirir ki, Çanaqqala valisi Ömər Toraman, "Elektrik kəsilməsi səbəbindən içməli su nasoslarının işləmədiyi Kumkale və ətraf kəndlərə su maşınları vasitəsilə içməli su veriləcək. İl Xüsusi İdarə qruplarımız müdaxilə edir. Tüstüdən zəhərlənən 77 nəfər yaxınlıqdakı xəstəxanalarda müalicə altına alındı" deyib.

Qeyd edək ki, güclü küləyə baxmayaraq yanğınsöndürmə işləri davam edir.

Çanaqqaladakı

Избранный
29
xalqcebhesi.az

1Источники