Çin Amerika məhsullarının idxalına tətbiq edilən 24 faiz gömrük tarifinin 90 günlük təxirə salınması müddətini uzadıb.
Operativ Media xəbər verir ki, bu haqda Çin Ticarət Nazirliyi məlumat yayıb.
“12 avqust 2025-ci ildən etibarən 24 faiz dərəcəsində tarifin tətbiqi yenidən 90 gün müddətinə təxirə salınacaq. Eyni zamanda bu mallardan alınan 10 faiz rüsum qüvvədə qalacaq”, – agentliyin saytında dərc olunan məlumatda bildirilir.
Nazirlik həmçinin Cenevrədə əldə olunmuş razılaşmalara uyğun olaraq ABŞ-yə qarşı qeyri-tarif əks-tədbirlərini dayandırmaq və ya ləğv etmək üçün lazımi addımlar atacağını açıqlayıb.
Avqustun 11-də ABŞ prezidenti Donald Tramp Çinə qarşı rüsumların tətbiqini 90 gün müddətinə gecikdirdiyini bəyan edib.