RU

Şəkidə yol qəzası olub, bir nəfər yaralanıb

Yazını böyüt
Yazını kiçilt

Şəkinin Çələbixan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər yaralanıb.

Hafta.az xəbər verir ki, Çələbixan qəsəbə sakini, 33 yaşlı İsa İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, müayinədən keçirilib, müalicə olunur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
107
50
hafta.az

10Источники