ABŞ-nin Pensilvaniya ştatında polad zavodunda partlayış baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, partlayışdan sonra dağıntılar altında qalan insanlar üçün xilasetmə əməliyyatı aparılır.
Pitsburq şəhərindən təqribən 25 km kənarda yerləşən zavodda neçə nəfərin dağıntılar altında qaldığı hələlik məlum deyil.