RU

“Mən tənqidə öyrəşmişəm, amma gənclər üçün bu çətin ola bilər”

“Mançester Yunayted”in müdafiəçisi Harri Maguayr ona yönələn tənqidlərə necə yanaşdığını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, ingilis futbolçu bu barədə Rio Ferdinandın “YouTube” kanalına müsahibəsində danışıb.

“Məni dəstəkləyən güclü ailəm və hələ məktəb illərindən dostluq etdiyim yaxın dostlarım var. Onların dəstəyi çox önəmlidir. Həmişə deyirəm: sən yalnız bacardığın qədərini ortaya qoya bilərsən. Futbol meydanında isə hər addımın qiymətləndirilir. Bu klubda çıxış edəndə hər hərəkətini diqqətlə izləyirlər. Hər buraxılan qolun ‘günahkarı’ olur. Zərbə nə qədər çətin olsa da, həmişə kimsə məsul tutulur.

Zamanla buna öyrəşirsən. Amma komandaya yeni gəlmiş oyunçu üçün bu asan deyil. Əvvəl qorxu olmur, amma bir neçə səhvdən və mövsümdən sonra nəticə gözləməyə başlayırlar. Bax, onda bu, əsl sınağa çevrilir.

“Mançester Yunayted”də çox futbolçu görmüşəm ki, ilk illərində yaxşı çıxış edib, amma üçüncü mövsümdə tənqid olunub və forması düşüb. Bu, tez-tez baş verir. Mən isə karyeram boyu bu cür hallarla üzləşmişəm, ona görə də tənqidi sakit qarşılayıram. Amma gənc oyunçular üçün bu çox çətin ola bilər və onların psixologiyasına necə təsir edəcəyini bilmək olmur”

Избранный
45
50
90deqiqe.az

10Источники