RU

Balıkesir yenə silkələndi

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 4,1 maqnitudada zəlzələ olub.

Referans xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin dərinliyi 11,9 kilometr olub.

AFAD-ın yaydığı məlumata görə, bunun ardınca 4,5 maqnitudada ikinci zəlzələ baş verib.

Dağıntılar və ya təlafat barədə məlumat yoxdur.

Qeyd edək ki, gün ərzində maqnitudası 3,2-3,8 arasında olan daha bir neçə zəlzələ baş verib.

Avqustun 10-da Sındırğıda 6,1 maqnituda gücündə dağıdıcı zəlzələ baş vermişdi.
Избранный
16
22
referans.az

10Источники