RU

Valideyn özü uşağın tədris prosesinə hazır olub olmadığını bilməlidir Təhsil ekspert

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Məktəbə getmək üçün uşaqlarda standart yaş 6-dır. Avropanın bəzi məktəblərində hətta ölkəmizdə də artıq 5 yaşlı uşaqların məktəbə qəbulu prosesi aparılır: “Amma bunun tərəfdarı deyiləm. Çünki uşaqlar o yaşda hələ də valideyn qayğısı altında olmalıdırlar. Düzdür bəzi fitri istedadlı uşaqlar var ki, onlar 5 yaşından xüsusi komissa tərəfindən rəy verilməklə məktəbə qəbul olunurlar. Amma hazırki dərs yükünün çoxluğunu nəzərə alsaq, uşaqların vaxtından tez məktəb həyatına başlamaqlarının tərəfdarı deyiləm. 6 yaş məktəbə başlamaq üçün tam uyğundur”.

Təhsil eksperti Elçin Əfəndi buu 525.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə əsasən, valideyn özü uşağın tədris prosesinə hazır olub olmadığını bilməlidir:

“Bu məsələyə individual yanaşılmalıdır. Valideyn ilk növbədə övladını tanımalıdır. Beynin sağ və sol yarımkürələri var. Bu yarımkürələrin inkişafına əsasən uşaqlardakı beyin potensialını və qavrama bacarığını aşkara çıxarmaq mümkündür. Çünki elə uşaq var ki, məktəbə 5 yaşında da getsə, 6-7 yaşlı uşaqlarla ayaqlaşa bilir. Bu uşaqlar normal balansda diqqətini saxladığı təqdirdə, daha çox hiperaktiv ola bilirlər. Onların beyin neyronları o qədər aktiv olur ki, özlərindən böyüklərlə ayaqlaşa bilirlər. Lakin bəzi hallarda bunun əksi də olur. Belə ki, həmin uşaqlar 6 yaşına çatmış olsalar da, məktəbə və həmyaşıdlarına adaptasiya ola bilmirlər. Bu uşaqlar da introvert tipli və sakit təbiətli olurlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
50
525.az

10Источники