RU

Rusiyalı deputatın Azərbaycana qarşı çıxışları bu ölkənin məsuliyyətsizliyinin son nöqtəsidir – RƏY

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurilyovun Azərbaycana qarşı çıxışları bu ölkənin məsuliyyətsizliyinin son nöqtəsidir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, son dövrlər Rusiya və Azərbaycan münasibətlərində yaranan gərginliyin məsuliyyəti bu ölkənin üzərinə düşür:

“Rəsmi Moskva Azərbaycanla münasibətləri düzəltmək əvəzinə, onu daha da gərginləşdirəcək addımlar atır. Son zamanlar Rusiya Dövlət Duması bu məsələdə daha fəaldır. Andrey Qurilyov Dumada Azərbaycandan Rusiyaya göndərilən mallara qadağa qoyulması ilə bağlı çıxış edib. O deyib ki, bununla azərbaycanlı iş adamlarını silkələmək olar. O, Azərbaycana hərbi təzyiqlər edilməsi ilə bağlı da çıxışlar edib.

Onlar iki ölkə arasında gərginləşən münasibətlərin fonunda rəsmi Bakını hədəf alır, Azərbaycana əzələ nümayiş etdirirlər. Bu qarşı tərəfin məsuliyyətsizliyinin son nöqtəsidir. Rusiya təkcə Ukraynanın deyil eyni zamanda Gürcüstanın da ərazilərini işğal edib. Rusiyanın Moldovada da hərbi bazası var və bu sahədə beynəlxalq öhdəlikləri yerinə yetirmir. Bununla da ölkə separatizmi dəstəkləmiş olur. Rusiya separatizmi dəstəkləməklə, eyni zamanda terrorizmi də dəstəkləmiş olur”.

Elman Nəsirovun sözlərinə görə, Rusiyanın Azərbaycanla təhdid dili ilə danışması bu ölkənin Cənubi Qafqazdakı maraqlarını sual altında qoyur:

“Rəsmi Moskva unutmamalıdır ki, bu gün Rusiyanın yanında olan ölkələr barmaqla sayılacaq qədərdir. Azərbaycan Rusiya ilə münasibətləri strateji müttəfiqlik vəziyyətinə qaldırıb. Strateji müttəfiqlə belə davranmaq olmaz. Rusiya siyasətçiləri bu məsələdə papaqlarını qabaqlarına qoyub yaxşı düşünməlidir. Onlar anlamalıdır ki, Azərbaycan bu coğrafiyada söz sahibidir. Bütün dünya Azərbaycanı bu statusda qəbul edir. ABŞ Prezidenti Donald Tramp da Prezident İlham Əliyevə güclü və ağıllı lider olduğunu deyib. Ölkə Prezidenti maneələrə stimul kimi yanaşır və daha uzaqgörən addımlar atır”.

Избранный
43
50
nocomment.az

10Источники