RU

Çanaqqalada yanğın: 9 təyyarə, 10 helikopter, 685 xilasetmə

Türkiyənin Çanaqqala vilayətinin Kəpəz qəsəbəsi ilə Ayvacıq rayonunda tullantı sahəsindən başlayaraq meşəlik əraziyə yayılan yanğınlara havadan və qurudan müdaxilə edilir.

Axar.az xəbər verir ki, Çanaqqalanın Çınarlı bölgəsində baş verən yanğına 9 təyyarə və 10 helikopterlə havadan, 69 texnika və 685 nəfərlik heyətlə isə qurudan müdaxilə olunur.

Yanğın səbəbindən Çanaqqala boğazında gəmilərin, hava limanında təyyarələrin, bəzi magistral yollarda isə avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb. Tüstüdən təsirlənən 47 nəfər xəstəxanalara yerləşdirilib.

Çanaqqala valisi Ömər Toraman X hesabında paylaşım edərək, Çanaqqala mərkəz rayonunda yanğının küləyin təsiri ilə sürətlə yayıldığını bildirib. O, bölgədə yaşayan vətəndaşların təxliyəsinə başlanıldığını deyib.

Избранный
37
2
axar.az

10Источники