RU

"Fənərbaxça" "Sportinq"ə təklif göndərdi

"Sportinq"in futbolçusu Jeni Katamu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" mozambikli vingeri transfer etməyə çalışır. Bu barədə AS nəşri məlumat yayıb.

İstanbul nəhənginin baş məşqçisi Joze Mourinyo Katamunu komandasında görmək istəyir. "Fənərbaxça" 24 yaşlı ön xətt oyunçusu üçün Portuqaliya klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, Jeni Katamu 2019-cu ilin yayında "Sportinq"in akademiyasına qoşulub. Mozambik millisinin üzvü ötən mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
23
20
sportal.az

10Источники