RU

Tramp: Avqustun 15-i Rusiyada Putinlə görüşəcəyəm

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-i görüşməyi gözlədiyini təsdiqləyib.

APA bu barədə TASS-a istinadən xəbər verir.

Tramp görüş üçün Rusiya Federasiyasına səfər edəcəyini bildirib. Amerika lideri təfərrüatları açıqlamayıb. 

Trampın görüş üçün Rusiyaya səfər edəcəyini söyləməsi maraqla qarşılanıb. Onun bu ifadəni yanlışlıqla səsləndirdiyi ehtimal olunur.

Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ rəsmiləri Putin və Trampın avqustun 15-də Alyaskada görüşəcəyini bildirmişdilər.

Избранный
86
50
yeniazerbaycan.com

10Источники