RU

Bu, bütün region ölkələrinin xeyrinə olacaq - Ərdoğan Vaşinqton razılaşmasından danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmanı Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım adlandırıb.

Publika.az xəbər verir ki, Türkiyə lideri Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bunları deyib:

"Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü danışdım. 30 illik işğaldan sonra Qarabağın azad olunması ilə regionda onsuz da yeni mərhələ başlanmışdı. Azərbaycana tətbiq olunan məhdudiyyətlərin artıq aradan qalxması da sevindiricidir. Məmnunluğumuzu telefon danışığı zamanı bildirdim".

O, bu gün eyni mövzunu Ermənistanın baş naziri Nikol Paşinyanla da danışdığını diqqətə çatdırıb.

Избранный
18
50
publika.az

10Источники