RU

Azərbaycan-ABŞ əməkdaşlığı hansı istiqamətlərdə genişlənəcək?

Prezident İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində imzalanan və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumu Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində mühüm rol oynayacaq. Bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib. Onun sözlərinə görə, Azərbaycan ABŞ ilə əməkdaşlığını əsasən üç istiqamətdə genişləndirmək niyyətindədir: “Birinci istiqamət enerji təhlükəsizliyi və TAP layihələri çərçivəsində əməkdaşlığının genişləndirlməsi özündə ehtiva edir. ABŞ Azərbaycanın beynəlxalq enerji layihələrini dəstəkləyir. O cümlədən, SOCAR-la “ExxonMobil” arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum bu əməkdaşlığın genişləndirilməsinə yeni bir impuls verəcək”. Millət vəkili qeyd edib ki, ikinci istiqamət rəqəmsal transformasiya və texnoloji investisyalar sahəsi üzərə əməkdaşlığın genişləndirilməsidir: “ABŞ texnologiyaların yüksək inkişaf etdiyi ölkədir. Bu baxımdan iki ölkə arasında imzalnmış sənədlər iqtisadiyyatımızın texnoloji sektoruna investisyaların yatırılmasına yeni imkanlar açacaq. Üçüncü istiqamət isə müdafiə və antiterror əməkdaşlığıdır. Dövlət başçımızın səfəri çərçivəsində Donald Tramp 1992-ci ildə ədalətsizcəsinə qəbul olunmuş Azadlığa Dəstək Aktına əlavə olunmuş 907-ci düzəlişi ləğv etdi. Bu düzəlişin ləğvi Azərbaycana ABŞ-dən hərbi müdafiə sahəsində yardımların alınmasına imkan verəcək”. A.Badamov əlavə edib ki, Prezident İlham Əliyevin ABŞ-yə səfəri ölkələrimizarası münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq baxımından yeni səhifə açıb”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
107
50
metbuat.az

10Источники