RU

Salihu Nasiru “Qəbələ”də!

2025/2026 mövsümü üçün hazırlığını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu – yarımmüdafiəçi Salihu Nasiru ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Nigeriyalı 18 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Salihu Nasiru son olaraq Nigeriya Premyer Liqasında “Kanemi Uorriorz” komandasının formasını geyinib. O, həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib.

Xatırladaq ki, “Qəbələ” daha öncə İsaak Amoa, Paulo Kimbila, Adriel Ba Lua, Eduardo Kunde, İbrahim Sanqare və Xayme Syerra kimi futbolçuları da heyətinə qatmışdı. Prins Ovusu, Qədir Ramazanov və Elnur Mustafayevlə də yeni müqavilə imzalanıb. Emil Süleymanov (“Şamaxı”, icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi, Xəyyam Məmmədli (“Baku Sportinq”, icarə), Elvin Yunuszadə, Sənan Ağalarov (“Baku Sportinq”, icarə), Ürfan İsmayılov və Abdullahi Şuaybu isə komandanı tərk ediblər.

Избранный
37
5
arena.az

10Источники