RU

Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan-ABŞ əlaqələrinin tarixində yeni səhifə açır - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞPrezidenti Donald Trampın dəvəti ilə Vaşinqona səfəri təkcədiplomatik hadisə deyil, həm də Azərbaycan-ABŞ əlaqələrinintarixində yeni səhifə açır. Qlobal geosiyasi dəyişikliklər fonundabaş tutan bu səfər ikitərəfli münasibətlərin keyfiyyətcə yenisəviyyəyə - strateji tərəfdaşlıq mərhələsinə yüksəlməsinin rəmziola bilər.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"2024-cü ilin ABŞ prezident seçkilərindən əvvəl İlham ƏliyevDonald Trampda sülhsevər və praqmatik xarici siyasət aparacaq lidergörürdü. Şuşada keçirilən Qlobal Media Forumda onun ənənəvi və ailədəyərlərinə verdiyi önəm, həmçinin, Trampın ilk prezidentlikdövründə ABŞ-nin yeni müharibələrə başlamaması ilə bağlı fikirləridiplomatik mesaj idi. Bu uzaqgörən addım seçkilərdən sonramünasibətlərin sürətlə inkişafına zəmin yaratdı. Telefondanışıqları, məktub mübadiləsi və nəhayət, Vaşinqonda keçiriləngörüş Azərbaycan və ABŞ hökumətləri arasında strateji əməkdaşlıqxartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunyaradılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumununimzalanmasına gətirib çıxardı", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə ABŞ arasında formalaşanstrateji tərəfdaşlıq, həm iqtisadi, həm siyasi, həm dətəhlükəsizlik sahələrində geniş perspektivlər açır.

"Bu əməkdaşlıq, ilk növbədə, regional əlaqələrinmöhkəmləndirilməsi və enerji sahəsində yeni imkanlarınreallaşdırılması ilə diqqət çəkir. Azərbaycanın zəngin enerjiehtiyatları, inkişaf etmiş nəqliyyat infrastrukturu və əlverişlicoğrafi mövqeyi, ABŞ-nin isə qabaqcıl texnologiyaları və qlobalbazarlara çıxış imkanları qarşılıqlı maraqları tamamlayır. Bununnəticəsində enerji təhlükəsizliyi, nəqliyyat-tranzit dəhlizləriningenişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsiistiqamətində mühüm addımlar atıla bilər.

Eyni zamanda, tərəfdaşlıq iqtisadiyyatın modernləşdirilməsi vərəqəmsal transformasiya kimi strateji sahələri də əhatə edə bilər.ABŞ-nin süni intellekt, yüksək texnologiyalar və rəqəmsalinfrastruktur sahəsindəki təcrübəsi Azərbaycanda innovativlayihələrin həyata keçirilməsinə, startap ekosisteminin inkişafınavə yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Bu, ölkəmiziniqtisadi rəqabət qabiliyyətini artırmaqla yanaşı, gələcəknəsillərin bilik və bacarıqlarının inkişafına da töhfə verir.

Tərəfdaşlığın mühüm istiqamətlərindən biri də təhlükəsizlik vəmüdafiə sahəsi ola bilər. Geosiyasi baxımdan mürəkkəb bir regiondayerləşən Azərbaycan üçün bu əməkdaşlıq, ordunun modernləşdirilməsi,müasir təlim proqramlarının tətbiqi və terrorizmə qarşı mübarizədəbeynəlxalq səviyyədə koordinasiyanın gücləndirilməsi baxımındanəvəzolunmazdır. Bütün bu məqamlar birlikdə, Azərbaycan-ABŞmünasibətlərini yeni mərhələyə daşıyır, qarşılıqlı etimadaəsaslanan uzunmüddətli və sabit tərəfdaşlığın təməlinimöhkəmləndirir", - o bildirib.

Politoloq qeyd edib ki, səfərin ən simvolik nəticələrindən biridə Donald Trampın “Azadlıq Aktı”nın 907-ci düzəlişinin tətbiqinindayandırılması ilə bağlı qərarı oldu.

"1992-ci ildə erməni lobbisinin təsiri ilə ABŞ Konqresitərəfindən qəbul olunan bu düzəliş, Azərbaycanın Ermənistana qarşı“blokadaya” görə dövlət yardımlarını qadağan edirdi. 11 sentyabr2001-dən sonra praktiki tətbiq edilməsə də, son illərdəBayden-Blinken administrasiyası onu Azərbaycanın üzərində təzyiqvasitəsi kimi istifadə etməyə çalışırdı. İndi bu təzyiq alətisıradan çıxarıldı. Bu qərar təkcə siyasi əngəlləri aradanqaldırmır, həm də etimad və uzunmüddətli əməkdaşlıq əlamətidir", -o bildirib.

A.Qarayev vurğulayıb ki, təbii ki, Vaşinqondakı danışıqlardaxüsusi önəm Azərbaycan və Ermənistan arasında sülhün təminolunmasına yönəlmişdi.

"Son illərdə bölgədə baş verən hadisələr göstərdi ki,uzunmüddətli sabitlik yalnız qarşılıqlı hörmət, beynəlxalq hüququnprinsiplərinə sadiqlik və açıq dialoq əsasında mümkündür. Bubaxımdan, Azərbaycanın mövqeyi həmişə aydın olub - sülhdanışıqlarına başlamaq və qonşu dövlətlərlə münasibətləri normalməcraya yönəltmək. Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlüsiyasəti nəticəsində Azərbaycan bu gün regionda sülhtəşəbbüslərinin əsas aparıcı qüvvəsinə çevrilib.

İkinci Qarabağ müharibəsindən sonra məhz Azərbaycan tərəfiErmənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsünü irəlisürdü, real və konkret təkliflər paketi təqdim etdi. Bu addımyalnız ikitərəfli münasibətlərin bərpası üçün deyil, bütövlükdəregionun gələcək inkişafı üçün tarixi əhəmiyyət daşıyır. Sülhgündəliyi təkcə müharibə risklərinin aradan qaldırılması deməkdeyil. O, həm də yeni iqtisadi və nəqliyyat sahələrində əməkdaşlıqimkanlarının açılması anlamına gəlir. Region xalqları üçün dahasabit, təhlükəsiz və firavan gələcək perspektivi formalaşır.

ABŞ-nin bu prosesdə iştirakı isə vasitəçilik baxımından mühüməhəmiyyət kəsb edir. Vaşinqtonun strateji tərəfdaşlıq çərçivəsindəsülh təşəbbüslərinə verdiyi dəstək, tərəflərin dialoqun davamlıolmasına, razılaşmaların icrasına və regionda uzunmüddətlisabitliyin təmin olunmasına şərait yarada bilər. Əslində, sülhgündəliyi Azərbaycan üçün diplomatik qələbədir. Çünki bu mərhələyəçatmaq üçün illərlə ardıcıl siyasət yürüdülüb, beynəlxalq aləmdəetibarlı tərəfdaş imici formalaşdırılıb və regiondakı reallıqlarqəbul etdirilib. Bu gün region üçün əsas çağırış, əldə olunantarixi fürsətin itirilməməsi və sülhün söz yox, əməl müstəvisinəkeçməsidir. Azərbaycan isə bu prosesin lideri olaraq, həm regional,həm də qlobal səviyyədə məsuliyyətli mövqeyini qoruyur. Vaşinqtondaimzalanan Birgə Bəyannamə də bunun bariz sübutudur", - obildirib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ-yə tarixisəfəri, iki ölkə arasında etimada əsaslanan münasibətlərin yenimərhələsinin başlanğıcıdır.

"Vaşinqtonda imzalanan sənədlər, aparılan yüksək səviyyəlidanışıqlar və qarşılıqlı iradə, Azərbaycan-ABŞ münasibətləriningələcək onilliklər üçün strateji əsasını möhkəmləndirir. Burada,təbii ki, əsas rollardan biri də məhz Prezident İlham Əliyev iləDonald Tramp arasındakı münasibətlər oynayır. Bu səfər, həm dəAzərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş və söz sahibidövlət kimi mövqeyini bir daha təsdiqləyir. Azərbaycan bu gün artıqtəkcə regional enerji və nəqliyyat layihələrinin mərkəzində dayananölkə deyil, həm də sülh təşəbbüslərinin aktiv təşviqçisi, rəqəmsalvə texnoloji yeniliklərin tətbiqində önəmli tərəfdaş kimitanınır.

ABŞ ilə qurulan yeni əməkdaşlıq formatı, ölkəmizin modernləşmə,iqtisadi şaxələndirmə və təhlükəsizlik sahələrində hədəflərinəçatmasına mühüm töhfə verə bilər. Bu səfərin yaratdığı siyasiimpuls, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və sülhün təminolunması üçün beynəlxalq ictimaiyyətə açıq mesajdır.

Eyni zamanda, Azərbaycanın inkişaf yolunda tək olmadığını,möhkəm tərəfdaşlıqlara söykənən, balanslı və uzaqgörən xaricisiyasət yürüdən bir dövlət olduğunu nümayiş etdirir. Prezidentİlham Əliyevin Vaşinqtona səfəri, Azərbaycanın həm regional, həm dəqlobal səviyyədə fəal və məsuliyyətli oyunçuya çevrildiyinigöstərir. Nəticə etibarilə, bu səfər təkcə diplomatik hadisə deyil,həm də ölkəmizin strateji gələcəyini müəyyənləşdirən, iqtisadi vəsiyasi üfüqlərini genişləndirən mühüm bir məqamdır", - A.Qarayevəlavə edib.

Избранный
69
50
az.trend.az

10Источники