RU

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirinə zəng edib

Bakı. Trend:

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Taniyə zəngedib.

Trend xəbərverir ki, telefon söhbəti zamanı bir müddət əvvəl Azərbaycan,Türkiyə, Qətər və Suriyanın birgə əməkdaşlığı nəticəsindəAzərbaycan qazının Suriyaya çatdırılması layihəsinin önəmivurğulanıb, bunun həyata keçirilməsində Qətərin maliyyə dəstəyixüsusilə qeyd edilib.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycanilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərinqurulması haqqında Sazişin paraflanmasının və digər sənədlərinregionda davamlı sülhün, sabitliyin təmin olunması baxımındanəhəmiyyətinə toxunulub.

Bu nailiyyətlərin əldə edilməsində Amerika Birləşmiş ŞtatlarınınPrezidenti Donald Trampın rolu qeyd edilib. Prezident İlham ƏliyevAzərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasındamaneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın OrtaDəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsirgöstərəcəyini də vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasındanormallaşma prosesinə verdiyi dəstəyə görə Qətər Əmirinətəşəkkürünü bildirib.

Şeyx Təmim bin Həməd Əl Tani sülh gündəliyinin irəliaparılmasında göstərdiyi liderlik və əldə olunmuş tarixi nəticələrilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti Qətər Əmirini ölkəmizə səfərə dəvət edib.Dəvət məmnunluqla qəbul olunub.

Избранный
4
50
az.trend.az

6Источники