RU

Lavrovla Mirzoyan Ermənistan, Azərbaycan və ABŞ liderlərinin görüşünün detallarını müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla telefonla Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ liderləri arasında təmasların detallarını müzakirə edib.

Operatıv Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

“Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ və Azərbaycan prezidentləri Donald Trampla İlham Əliyev arasında baş tutan təmasların təfərrüatları barədə məlumat verib”, - məlumatda deyilir.

Söhbət zamanı Lavrov İrəvan və Bakı arasında üçtərəfli razılaşmalara uyğun olaraq davamlı sülhün vacibliyini vurğulayıb.

“Moskva bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşmasına yardım etməyə hazırdır”, - Rusiya XİN-in bəyanatında deyilir.

Nazirlər həmçinin Rusiya-Ermənistan gündəliyinin bir sıra aktual məsələlərini də müzakirə ediblər.

Избранный
42
50
operativmedia.az

10Источники