RU

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır



"Rusiyanın Azərbaycana qarşı aqressiv münasibəti iki ölkə arasında olan tarixi əlaqələrə zərbə vurması baxımından təəssüf doğurur. Rusiya kimi böyük dövlət ətraf ölkələrlə öz böyüklüyünə yaraşan şəkildə davranmaqdansa, onlarla konflikt yolunu tutur".

Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, rəsmi Bakının bu münasibəti haqq etmədiyi bir durumda özünü bu şəkildə Azərbaycandan uzaqlaşdırmağa açıq cəhdlərin etməsi heç bir məntiqə sığmır:

"Rusiya rəhbərliyinin, xüsusən də, dövlət başçısı Vladimir Putinin bunlara göz yumması onun böyük dövlət adamı kimi mövqeyinə uyğun gəlmir. Əslində Putinin bu kimi halların qarşısını qətiyyətlə almalı olduğu bir halda Azərbaycanın əleyhinə kampaniya aparan təbliğat maşınının qarşısını almayıb, onlara buna şərait yaratması xüsusilə təssüf doğurur.
Bununla Rusiyanın əldə edəcəyi heç bir divident yoxdur".

Azər Qasımov deyib ki, Azərbaycan mallarının ölkəyə idxalına qadağa qoyulması Rusiya əhalisini cəzalandırmaqdan başqa bir şey deyil:

"Bundan itirən ancaq Rusiya olar. Əksəriyyiət kənd təsərrüfatı məhsulları təşkil edən malları Rusiyaya buraxmamaq Azərbaycana elə də ciddi ziyan vurmaz. Əksinə Azərbaycan xalqı ən keyfiyyətlisi Rusiyaya getməsi səbəbilə məhrum olduğu meyvə-tərəvəzi həm ucuz, həm istədiyi qədər alıb tükətə bilər.

Azərbaycan isə Rusiyadan gələn mallara qadağa qoymaz. Çünki bunun sadəcə şıltaqlıq əlaməti olduğuna inanır. Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır. Ciddi məsələləri ciddi şəkildə həll etmək lazımdır. Məişət səviyyəsinə salmaqla yox".

Süleyman
Избранный
18
50
newscenter.az

10Источники