RU

"Şkendiya"nın baş məşqçisi: “Qarabağ”ın heç bir futbolçusuna fərdi olaraq yanaşmıram

BAKI, 11 avqust. TELEQRAF

“Qarabağ”ın heç bir futbolçusuna fərdi olaraq yanaşmıram".

Teleqraf xəbər verir ki, bu sözləri Şimali Makedoniya təmsilçisi “Şkendiya”nın baş məşqçisi
Ceton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis Ağdam təmsilçisinin heyətində onlara çətinlik yaradacaq futbolçunun olmadığını bildirib: "Biz bu komandaya qarşı oynayacağıq".

Qeyd edək ki, “Qarabağ” ilə “Şkendiya” arasında cavab görüşü avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Tərəflər arasında ilk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Избранный
42
50
teleqraf.com

10Источники