RU

"Şkendiya"nın futbolçusu: "Qarabağ" üzərində qələbə qazanmağa çalışacağıq

BAKI, 11 avqust. TELEQRAF

“Bakıya gələrkən çətin oyun olacağını bilirdik".

Teleqraf xəbər verir ki, bu sözləri Şimali Makedoniya təmsilçisi “Şkendiya”nın futbolçusu Kamer Qaka UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdadiəçi ilk görüşdə istədikləri oyunu oynaya bilmədiklərini söyləyib: "Amma sabahki matçda daha qətiyyətli olaraq qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, “Qarabağ” ilə “Şkendiya” arasında cavab görüşü avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Tərəflər arasında ilk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Избранный
39
50
teleqraf.com

10Источники