RU

Region SİLKƏLƏNİR: Bəs Azərbaycan? - Zəlzələ QAÇINILMAZDIR...

“Ötən gün Türkiyədə növbəti güclü zəlzələ baş verdi. Bu mənim əvvəlki müsahibələrimdə qeyd etdiyimin bir təzahürüdür. Mən də qeyd etmişdim ki, Türkiyədə davamlı zəlzələlər baş verəcək. Ümumilikdə, Türkiyə ərazisi mürəkkəb tektonik qurşaqda yerləşir. Bu qurşaq üç nəhəng pilitənin birləşməsidir. Üstəlik, bir neçə aktiv faylar da mövcuddur”.

 

Bu sözləri Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq Qulam Babayev Referans.az - a açıqlamasında deyib.

 



“2023-cü ildən sonra bu ərazi kəskin tektonik dəyişməyə məruz qalmışdır. Buna görə də bu ərazi hələ də tektonik və seysmik baxımdan sabitləşməyib. Seysmik hadisələr göstərir ki, bu sabitləşmə hələ yaxın müddətdə olmayacaq”.

 

Seysmoloq hesab edir ki, Türkiyə ərazisində bir neçə güclü zəlzələlər yenə də baş verəcək amma bunu Azərbaycan üçün demək olmaz.

 

“Düşünmürəm ki, Azərbaycanda güclü, dağıdıcı zəlzələ baş versin. Çünki Azərbaycanda yerdəyişmə sürəti Türkiyədəki kimi deyil. Aktivdir amma o qədər də intensiv deyil. Bu səbəbdən dağıdıcı zəlzələ gözlənilmir. Amma hiss olunan zəlzələ qaçınılmazdır. Çünki region silkələnir. Azərbaycan sabit qala bilməz. Amma hiss olunan zəlzələ baxımından bunu deyə bilərik. Hiss olunan zəlzələ isə 3.5-5 maqnitudalı zəlzələlər nəzərdə tutulur. Bu zəlzələlər isə aktiv ərazilərdə - Böyük Qafqazın cənub-şərq yamacı, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Naxçıvan ərazisi, Talış ərazisi, Kiçik Qafqazın şimal yamacı, Qarabağın özü və s. seysmik ərazilərdə hiss olunan zəlzələr qeydə alına bilər”.

 

Fidan Vəlisoy 

Избранный
28
34
referans.az

10Источники