RU

Ermənistanın sülh müqaviləsi: “Vaxt itirmədən konstitusiya dəyişikliyi və dialoq vacibdir” - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanın Baş Naziri indi əlindən gələn bütün tədbirləri görməlidir ki, ölkə konstitusiyasında dəyişiklik edərək tezliklə sülh müqaviləsinin imzalanmasına nail ola bilsin". Bu barədə siyasi analitik Mehman İsmayılov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması Ermənistanın xeyrinədir: “Tezliklə Ermənistan uzun illər davam edən izolyasiya şəraitindən çıxacaq, Azərbaycanla siyasi və diplomatik münasibətlər quracaq. Bu addım Azərbaycanın qarşısında həqiqətən sülh istədiyini göstərmiş olacaq”.

Mehman İsmayılov əlavə edib ki, sülh müqaviləsi imzalanmadıqca, Rusiya bu vəziyyətdən istifadə edərək Ermənistan daxilində anti-sülh proseslərini qızışdırır: “Azərbaycan prezidenti Ermənistanın baş nazirinə xəbərdarlıq edir ki, vaxt itirmədən zəruri tədbirlər görülsün və həm Azərbaycan, həm Türkiyə, həm də ABŞ qarşısında götürülmüş öhdəliklər yerinə yetirilsin”.

Analitik vurğulayıb ki, bu məsələ Paşinyanın həm fiziki, həm siyasi həyatı üçün olduqca vacibdir: “Əgər Paşinyan Azərbaycan və ABŞ ilə razılığı cəmiyyətə düzgün çatdırıb həzm etdirə bilsə, müsbət dividentləri xalqa çatdırsa, növbədənkənar seçkilərlə konstitusiya dəyişikliyi üçün referendum keçirib sülh müqaviləsinə nail ola bilər”.

İsmayılov bildirib ki, Azərbaycan prezidenti Ermənistan rəhbərliyinə bu məsələlərin incəliklərini çatdırır ki, vaxt sadəcə siyasi oyunlara sərf olunmasın və uzun, çətin yol keçilərək yaxınlaşmış sülh müqaviləsinin son fazası reallaşdıra bilinsin.

Müəllif: Fatimə Əliyeva
Избранный
24
50
sia.az

10Источники