RU

Merts avqustun 13-də Ukrayna ilə bağlı onlayn görüş keçirəcək

Avqustun 15-də keçiriləcək Rusiya-ABŞ sammitindən əvvəl Almaniya avqustun 13-də Ukrayna ilə bağlı onlayn görüş təşkil edəcək.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Stefan Kornelius məlumat verib.

"Almaniya kansleri Fridrix Merts avqustun 13-də ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında planlaşdırılan görüş fonunda Ukraynadakı mövcud vəziyyətlə bağlı virtual danışıqlara dəvət edib. Digər məsələlərlə yanaşı, danışıqlarda Rusiyaya təzyiq göstərmək üçün əlavə variantlar nəzərdən keçiriləcək", - Kornelius bildirib.

O qeyd edib ki, onlayn görüşdə Almaniya, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa, Ukraynanın dövlət və hökumət başçıları, Avropa Komissiyasının sədri, Aİ Şurasının sədri, NATO-nun baş katibi, həmçinin ABŞ prezidenti və onun müavini iştirak edəcəklər və mümkün sülh danışıqlarının hazırlanması ilə bağlı ərazi iddiaları, təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Избранный
12
48
teleqraf.com

10Источники