Sea Breeze

“Bakı Metropoliteni” QSC-yə yeni baş maliyyə inzibatçısı (CFO) təyin edilib.

Bu vəzifə Kamal Hüseynliyə həvalə edilib.

Qeyd edək ki, Kamal Hüseynli 2024-cü ilin sentyabr ayından 2025-ci ilin avqust ayına kimi “ADY Ekspress” MMC-nin direktor müavini olub. O, daha əvvəl həmin şirkətdə baş maliyyə inzibatçısı olaraq çalışıb.

Kamal Hüseynli, həmçinin Azərbaycan Voleybol Federasiyasında İdarə Heyətinin üzvü olub, “Azərbaycan Dəmir Yolları”nda Planlaşdırma, Modelləşdirmə və Büdcələşdirmə şöbəsinin rəisi, İqtisadi planlaşdırma, modelləşdirmə və qiymətləndirmə şöbəsinin rəisi, aparıcı maliyyə mütəxəssisi kimi vəzifələrdə çalışıb.

Banker.az

ETX
ETX
ETX