RU

Sabunçuda piyada keçidi təhlükəyə çevrildi Təmir yalnız problem yarandıqdan sonra yadımıza düşür

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı şəhərinin Sabunçu rayonunda yerləşən yerüstü piyada keçidinin alt hissəsindəki panellər qopub. Bu, təkcə estetik qüsur deyil həm piyada, həm də avtomobil sürücüləri üçün real təhlükə mənbəyidir.

Xüsusilə günün sıx hərəkət saatlarında altından yüzlərlə insanın keçdiyi, minlərlə avtomobilin hərəkət etdiyi belə bir obyektin bu vəziyyətə düşməsi suallar yaradır: bu keçid sonuncu dəfə nə vaxt texniki baxışdan keçirilib?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirir ki, qısa müddətdə problem aradan qaldırılacaq. Amma təəssüf ki, bu yanaşma bizdə klassik hal alıb. Əvvəl təhlükə yaranır, sonra “tezliklə həll olunacaq” açıqlaması verilir. Halbuki, bu obyektlər vaxtaşırı yoxlanılsa, insanlar yalnız təsadüf nəticəsində xəsarət almadan qurtulmaz, ümumiyyətlə belə risklər yaşanmaz.

Paytaxtın müxtəlif yerlərində piyada keçidlərinin tavan, yan panel və pilləkənlərində çatlar, paslanma və material qopmaları illərdir görünür. Ən pisi odur ki, bu hallar yalnız sosial şəbəkələrdə gündəm olandan və ya qəza baş verəndən sonra diqqətə alınır.

Təhlükəsizlik infrastrukturu “təcili tədbir” prinsipi ilə yox, “mütəmadi nəzarət” sistemi ilə idarə olunmalıdır. Əks halda, Sabunçudakı kimi panellərin qopması sadəcə xəbər mövzusu olaraq qalacaq. Ta ki, kiminsə həyatı bahasına dərs alınana qədər.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
62
11
bizimyol.info

10Источники