Türkiyənin paytaxtı Ankarada Selda K. adlı şəxs yatarkən mobil bank məlumatlarından istifadə olunaraq hesabından 628 min 500 türk lirəsi (26249,39 manat) oğurlanıb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, zərərçəkən şəxs bir neçə ay əvvəl səhər yuxudan oyandıqda telefonunun parolunun dəyişdirildiyini görüb.
Telefon mağazasında kilidi açdırdıqdan sonra üç bank hesabından pul köçürmələri və kreditlər vasitəsilə məbləğin “Muhammet B.” və “Engin K.” adlı şəxslərə göndərildiyini öyrənib.
Selda əməliyyatların ona aid olmadığını bildirərək cinayət işinin qaldırılması üçün polisə müraciət edib və bankın başlatdığı icra prosesinə etiraz edib. Həmçinin, bankı müştərinin əməliyyatlarını izləmək və təhlükəsizlik tədbirləri görməyə borclu olduğunu vurğulayaraq, məbləğin geri qaytarılmasını tələb edib.