RU

Donald Tramp koqnitiv testdən uğurla keçdiyini bildirib

ABŞ prezidenti Donald Tramp tibbi müayinə zamanı koqnitiv testdən uğurla keçdiyini açıqlayıb.

Doğru.az xəbər verir ki, Tramp Truth Social-da “Həkimlərin dediyi kimi, Prezident Tramp bunu çox gözəl keçdi, nadir hallarda rast gəlinir!” sözlərini yazıb.

O, demokrat siyasətçiləri də əqli qabiliyyətlərini təsdiqləmək üçün eyni testdən keçməyə çağırıb. “Bütün bu solçu dəlilər möhtəşəm axmaqlıq və səriştəsizlik nümayiş etdirərək bu sınaqdan keçə bilməzlər. Testdən keçin”, – Tramp qeyd edib.

Bundan əvvəl “The Guardian” qəzeti Donald Trampın ictimai çıxışlar zamanı “qəribə davranış” sərgilədiyini yazmışdı.

DOĞRU.AZ

Избранный
4
50
dogru.az

10Источники