Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türkiyənin Van bölgəsində ağardıcı krem 4 nəfəri xəstəxanalıq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, onlayn olaraq satılan məhsul istifadə edən şəxslərin dərisini yandırıb.
Eyni şikayətlə 4 nəfər xəstəxanaya yerləşdirilib.
28 yaşlı zərərçəkən bildirib ki, yaxın ətrafında da bu kremdən istifadə edənlər olub: “Bu ağardıcı məhsulu istifadə edənlər var idi. Onlara güvənib aldım. İlk istifadə etdiyim zaman heç bir əks təsir görmədim. Lakin istifadəni dayandırdıqdan təxminən 5 gün sonra bu problemlər, qızartılar, yanıqlar əmələ gəldi”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.