Bu barədə Aktual.az "Times of Israel”ə istinadən məlumat verir.
"İsrail Nazirlər Kabinetinin Qəzza şəhəri və Məvasi bölgəsindəki düşərgələrdə əməliyyatları genişləndirməklə bağlı bəyanatı miqyasına görə misli görünməmiş fəlakətdən xəbər verir", - Makron bildirib.
Onun sözlərinə görə, Qəzza zolağında müharibə dərhal və daimi atəşkəs təmin olunmaqla bitməlidir.
Fransa Prezidenti Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi üçün BMT mandatı altında beynəlxalq koalisiyanın yaradılmasını təklif edib.